news Image
2012.04.12
13:40
| A A A
Ölkə lideri öldü
Cəzairin qurucularından Əhməd Min Bellə, 95 yaşında paytaxt Cəzairdə vəfat edib. Bir müddətdir xəstə olan Min Bellənin tənəffüs çatmazlığı nəticəsində həyatını itirdiyi açıqlanıb. Respublika başçısı Əbdüləziz Buteflika, ölkənin ilk lideri Min Bellənin ölümü ilə bağlı ölkədə bir həftə yas elan edib. Buteflika, "Cəzairin ən cəsur liderlərindən birini itirdik" deyib. İkinci Dünya Müharibəsi illərində Fransa ordusunda döyüşən və medal ilə mükafatlandırılan Min Bellə, daha sonra Fransanın müstəmləkə rəhbərliyinə qarşı verilən müstəqillik
mübarizəsində qabaq sıralarda iştirak edib.
1962-ci ildə ölkənin müstəqilliyiə qovuşmasından sonra 1963-cü ildə böyük bir dəstək alaraq ölkənin ilk respublika başçısı seçilib.
Ancaq 1965-ci ildə keşmiş silah yoldaşı Huari Bumedyen tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb və 1980-ci ilə qədər ev həbsində tutulub.
Növbəti illərdə o, Cəzairdən xaricdə yaşayıb. 1990-cı illərdə İsveçrəyə köçən Min Bellə, Cəzairə son olaraq 1999-cu ildə Buteflikanın respublika başçısı seçilməsindən sonra qayıdıb. Əhməd Min Bellə üçün cümə günü cənazə mərasimi təşkil ediləcək. Min Bellənin cənazəsini cümə gününə qədər xalqın ziyarət edə biləcəyi bildirilib.

Ziba Yusifova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs