news Image
2015.04.06
16:44
| A A A
Azərbaycanda Nazirliyin laboratoriyası yandı
Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil

Ucar rayonunda güclü yanğın hadisəsi baş verib. Movqe.az xəbər verir ki,ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Kənd Təsərrüfatı Nazirliyinin, Ucar rayon idarəsinin inzibati laboratoriya binasında qeydə alınıb.  Əraziyə FHN-nin Ucar yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub və qısa zaman ərzində yanğının qarşısı alınıb. Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Üç mərtəbədən ibarət olan inzibatı binanin inşasına ötən ilin son aylarında başlanılıb və bu ilin may ayında isdifadəyə verilməsi gözlənilirdi. Xatırladaq ki bina istifadəyə verildikdən sonra Kənd Təsərrüfatı Nazirliyinə tabe olan bir neçə şöbələrin də bu binaya koçülməsi nəzərdə tutlurdu. İdarə binasında laboratoriya, nümunələri, bitki kabinetləri, turşu və qələvilərin saxlanması, analitik əməliyyat, bitki və toxumçuluq otaqları mövcuddur. Əlavə olaraq idarənin həyətində dərman preparatlarının saxlanma anbarı və KTN-ə məxsus maşınların saxlanılması üçün qaraj da nəzərdə tutulub. KTN-nin, 56 rayonda bu cür idarə binası tikilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs