news Image
2012.08.21
10:32
| A A A
Dağıstanda məsciddə törədilən terror aktı zamanı ölən və yaralananlar Azərbaycan vətəndaşlarıdır
Terrorun qurbanı olan Elmin Cəfərov Astara rayonunda dəfn olunub Avqustun 18-də saat 20.50 radələrində Dağıstan Respublikasının Xasavyurt şəhərinin Maqidov küçəsi, 107 saylı ünvanında yerləşən İmam Əli məscidində qanlı terror hadisəsi zamanı həlak olan və yaralananlar Azərbaycan vətəndaşlarıdır.
Maskalı şəxslərin aşdığı atəş nəticəsində həlak olan şəxs – Azərbaycanın Astara rayonunun sakini, 17 yaşlı Elmin Elxan oğlu Cəfərovun cənazəsi bu gün doğulub boya-başa çatdığı Pensər kəndinə gətirilərək torpağa tapşırılıb. Mərhumun anası Gülarə Cəfərovanın APA-nın cənub bürosuna verdiyi məlumata görə, onların ailəsi 2001-ci ildən Xasavyurta yaşayır və kiçik ticarətlə məşğul olur. Ailənin tək oğlan ovladı olan Elmin uşaqlıqdan ibadətlə məşğul olub: "Hadisə baş verən axşam o, məscidə namaz qılmağa getdi. Namazdan sonra iftar süfrəsi açıblar. Yeməyə başlayanda, iki maskalı şəxs içəri girərək onlara atəş açıb".
Səkkiz nəfər yaralı ağır vəziyyətdə təcili Xasavyurt Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. E. Cəfərov çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, terror hadisəsi zamanı yaralıların əksəriyyətinin Azərbaycanın cənub bölgəsindən olduğu bildirilir. Həlak olmuş E. Cəfərovun anasına Xasavyurt Şəhər Prokurorluğundan verilmiş arayışda terror hadisəsindən zərər çəkənlərin ad və soyadları aşağıdakı kimi göstərilib:

1. Səmədov R. N.
2. Kazımov S. J.
3. Cəfərov E. E. – həlak olan
4. Tanrıverdiyev C. M.
5. Tamirov F. R.
6. Musailov M. A.
7. Cajirov U. V.
8. Əbdurrəhmanov F. R.