Əlaqə Arxiv
news Image
2012.04.12
15:26
| A A A
Sudan müharibəsində təhlükə getdikcə artır

Mübahisəli sərhəd rayonlarında Sudan və Cənubi Sudan arasında gedən mübarizənin ikinci günündə beynəlxalq problemlər oyanıb və bu da  konfliktin açıq müharibəyə qədər inkişaf etməsinə səbəb ola bilər.
Afrika İttifaqı, bu neft yataqları üzərində gedən toqquşmaların getdikcə gücləndiyini bildirib və  hər iki tərəfi təmkinli olmağa çağırıb.
Sudan Cənubi Sudan ilə danışıqlardan çıxıb. Mübarizə keçən il iyul ayından bəri daha da pisləşib. Beynəlxalq səviyyədə Sudan ərazisi kimi tanınan Heqliq şəhəri Cənubi Sudan tərəfindən tutulub. Sudan Birləşmiş Millətlər Təşkilatına və Cənubi Sudanın "təcavüzü" haqqında Afrika İttifaqına şikayət edib. Xartumda insanların "həyəcan və səfərbərliyi"nə görə parlament çağırılıb.
Cənubi Sudanın Prezident Salva Kiir ilə danışıqlardan sonra BMT-nin  Baş Katibi Ban Ki-mun bildirib ki, o, inam yaratmaq və problemi yalnız danışıqlar vasitəsilə həll etməyi təsdiqləmək üçün iki ölkə arasında bilavasitə sammit təklif edib.
BMT Təhlükəsizlik Şurası üzvləri və Afrika İttifaqı cənub qüvvələrinin dərhal neft yataqlarından geri çəkilməsini tələb ediblər. ABŞ Cənubi Sudanı Heqliqi zəbt etdiyinə görə ittiham edib və bildirib ki, bu hərəkətlə aradakı gərginlik və təhlükəni artıran Cənubi sudan olub.


Ziba Yusifova

Sizin Reklam Yeriniz