Əlaqə Arxiv
news Image
2012.08.31
12:12
| A A A
Ən zəngin qadından “qısqananlara” nəsihətlər

Movqe.Az xəbər verir ki, dünyanın ən zəngin qadını Gina Rinehart, özünü qısqananlara, "sosiallaşmağa daha az zaman ayırın" nəsihətini verdi.

Atasının qurduğu Avstraliyanın mədənçilik nəhəngi "Hancock Prospecting"in sahibi Gina Rinehart, bir maliyyə jurnalına verdiyi müsahibəsində özünü qısqananlara səsləndi.

Rinehart belə danışdı: "Daha çox qazanmaq üçün bir şey edin, içməyə, siqaretə, sosiallaşmağa daha az zaman ayırın".

"Çox işləyin, sərmayə qoyanlardan olun" təklifində olan Rinehart, "qısqanclara" başqaları üçün iş və imkanlar yaratmaları nəsihətini də verib.

Rinehart xüsusən hökumətə sərmayələri artırmaq üçün minimum məvacibi və vergiləri azaltması təklifinisəsləndirib.

Xatırladaq ki, Gina Rinehart, 29.2 milyard dollarlıq fərdi sərvəti ilə dünyanın ən zəngin qadını adını alıb.

Sizin Reklam Yeriniz