news Image
2012.08.31
15:46
| A A A
Bin Ladeni öldürən hərbçi məhkəməyə verilə bilər
Movqe.Az xəbər verir ki, Pentaqon Əl-Qaidə lideri Üsama bin Ladeni öldürən amerikalı dəniz piyadası 37 yaşlı Mott Bysventə qarşı hüquqi tədbirlər görülüb-görülməyəcəyi məsələsini nəzərdən keçirdiyini deyir. 
Pentagonun baş hüquqşünası bildirib ki, hadisə ilə əlaqədar "Çətin gün" adlı kitab yazan Mott Bysvent hərbi sirləri yaymamaqla bağlı razılaşmanı pozub. Belə ki, kitab hər hansı sirrin yayılıb-yayılmamasını yoxlamaq üçün dövlət agentlikləri tərəfindən incələnməyib.
Kitabın gələn həftə satışa çıxacağı gözlənilir, bununla belə, bir neçə nüsxə artıq oxucuların əlinə düşüb.
"Mark Owen" təxəllüsü ilə yazılmış kitab Əl-Qaidə liderinin ölümü ilə bağlı prezident Obama administrasiyasının açıqladığı məlumatdan fərqlənir, belə ki, kitabda mübahisəli bir məsələyə  - 2011-ci ilin mayında Üsəma bin Ladinin öldürülərkən silahsız olmasına toxunulur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs