news Image
2012.09.05
11:04
| A A A
Azərbaycanda məhkəmə sədri yol qəzasında ölüb
Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sahil qəsəbəsində "Trans Qeyt" MMC şirkətinə məxsus, Sahil qəsəbə sakini Əhmədov Vüsal Hüseyn oğlunun idarə etdiyi 10 TF 541 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Abbasov Qasid Ziyad oğlunun idarə etdiyi "Hyundai" markalı 90 DN 045 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini Ağayev İlham Barat oğlu ölüb, digər sərnişin Abbasova Gülnarə Güləli qızı isə yaralanıb. 
Qeyd edək ki, Q. Abbasov Sahil qəsəbəsi icra nümayəndəsinin müavini, İ. Ağayev isə Xəzər rayon Məhkəməsinin sədridir.
Hazırda faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs