Əlaqə Arxiv
news Image
2012.09.05
17:59
| A A A
Nigar Camalın atasının vəziyyəti ağırdır

"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Nigar Camalın atası Aydın Mütəllibzadə vəzifəsini icra edərkən güclü yanıq xəsarəti alıb. APA-nın məlumatına görə, A.Mütəllibzadə "Bakıelektrikşəbəkə"nin Maştağa qəsəbəsindəki yarımstansiyasında baş verən qəza nəticəsində yaralanıb.

 N.Camal məlumatı təsdiqləyib: "Təəssüflə deməliyəm ki, bu məlumat həqiqətdir. Maştağa-Bilgəh şosesində güclü partlayış olub və atam 3-cü dərəcəli yanıq xəsarəti alıb. Hazırda atamın vəziyyəti çox ağırdır. Dərisinin 55%-i bütünlüklə yanıb. Bu hadisə atamın təqaüdə çıxmasından üç ay əvvəl baş verdi və bu, bizi çox incidir. Atam orada düz 45 il işləyib".

Hazırda Aydın Mütəlibzadə 5 saylı Şəhər Xəstəxanasının yanıq şöbəsində müalicə olunur. N.Camal deyib ki, həkimlər atasının həyatını xilas etmək üçün əllərindən gələni edirlər.

Sizin Reklam Yeriniz