news Image
2012.09.05
19:22
| A A A
Qəddafinin kəşfiyyat xidmətinin rəhbəri Liviyaya təhvil verildi

Mavritaniya hakimiyyəti Liviya kəşfiyyatının sabiq rəhbəri, ölkənin qətlə yetirilmiş lideri Müəmmər Qəddafinin yaxın tərəfdarı olan Abdull əl-Senussini Tripoliyə təhvil verib.

Lent.az-ın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Abdull əl-Senussinin ekstradisiyasının Liviya xarici işlər naziri Andan Mansur Abdullanın sentyabrın 3-də Mavritaniyaya səfərindən sonraya təsadüf etməsi də diqqət çəkir.
Qeyd edək ki, Abdull əl-Senussi yarım il öncə, bu ilin martında Mavritaniyanın paytaxtı Nuakşotda saxta sənədlə yaxalanıb. Həmin vaxt Liviyanın yeni hökumətinin müraciətinə baxmayaraq, Mavritaniya hökuməti öncə bu müraciətə cavab verməyib. Daha sonra isə Abdull əl-Senussinin saxta sənədlə Mavritaniyaya daxil olduğu üçün yerli məhkəmə qarşısına çıxarılacağını bəyan edib. Abdull əl-Senussinin sonradan bu ölkədə məhkəmə qarşısına çıxarılıb-çıxarılmadığı bilinmir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs