news Image
2012.09.10
14:18
| A A A
Sarkisyan intihar etdi

Sentyabrın 9-da Yerevan qarnizonunun hərbi hissələrinin birində intihar hadisəsi baş verib.

ANN.Az-ın "Armenia Today"ə istinadən verdiyi xəbərə görə, gecə yerli vaxtla 02:15-də həqiqi hərbi xidmətdə olan qulluqçu Arman Sarkisyanın meyiti aşkarlanıb.

Ermənistan Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, hadisə yerinə operativ qrup göndərilib, hadisə yeri öyrənilib, ekspertiza və başqa istintaq addımları atılıb. İlkin nəticəyə əsasən, Sarksiyan intihar edib.

Fakt üzrə intihara çatdırma maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs