Əlaqə Arxiv
news Image
2012.09.10
16:17
| A A A
Azərbaycanın sabiq baş nazirinin oğlu 12 sutkalıq həbs edilib
Azərbaycanın sabiq baş naziri Sürət Hüseynovun oğlu həbs edilib.
Bu barədə APA-ya Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev məlumat verib. 
Onun sözlərinə görə, Nail Hüseynov sərxoş vəziyyətdə ictimai qaydanı pozduğuna və ictimai yerdə başqalarını təhqir etdiyi üçün polis tərəfindən saxlanılıb. Törətdiyi əməl xırda xuliqanlıq olduğuna görə, onunla bağlı materiallar məhkəməyə göndərilib. 
Məhkəmənin qərarı ilə N. Hüseynov barəsində inzibati qaydada 12 sutka həbs qərarı çıxarılıb.
Sizin Reklam Yeriniz