Əlaqə Arxiv
news Image
2012.09.11
18:00
| A A A
Qaçaq sərnişin enişə hazırlaşann təyyarədən düşdü

Movqe.Az xəbər verir ki, İngiltərədə qaçaq olaraq Londona getməyə çalışan sərnişin təyyarə Heathrow" havalimanına enməyə hazırlaşarkən yüzlərlə metr yüksəklikdən yerə düşüb.

İngiltərənin paytaxtı Londonun Mortlake səmtində yaşayanlar keçdiyimiz gün küçələrində cəsəd parçaları tapıb.

Polis cəsədin Londona qaçaq kimi girmək üçün təyyarənin eniş komandaları hissəsində gizlənən Şimal Afrikalı bir adama aid olduğunu bildirdi.

İngilis polisi 30 yaşlarında olduğu təxmin edilən adamın təhlükəsizlik maneələrini aşıb eniş komandaları sığınacağında gizlənib və burada donaraq öldüyünü düşündüklərini açıqlayıb.

Məhəllə sakinlərindən Joe Dodd "Independent" qəzetinə etdiyi açıqlamada bunları söyləyib: "Səhər oyandığımda cəsəd bir avtomobilin üzərində idi. Küçə polis və təcili yardımlarla dolu idi."

Sizin Reklam Yeriniz