Əlaqə Arxiv
news Image
2012.09.13
15:57
| A A A
Bakıda itkin düşən 15 yaşlı qızın etdikləri hamını şoka saldı

Qızın qardaşı Vasif Bağırov Milli.Az-a bildirib ki, bacısı Türkan ötən gün Mərdəkan qəsəbəsində restoranlardan birində kofe içərkən polis əməkdaşları tərəfindən tapılıb. 

V.Bağırov deyib ki, bacısının tapılması ilə ailənin problemləri bitməyib: "Türkanı dünən evə gətirdik. O, polisə də, özümüzə də deyir ki, nə məni, nə də anamı görmək istəyir. Bir təhər onu yatıra bildik. Səhərə kimi Türkanın evdən qaçmasından qorxaraq ona nəzarət etmişəm. Amma səhər Türkanı ifadə vermək üçün polisə apararkən bacımın itkin düşməsindən sonra dünyasını dəyişən atamın maşınının həyətdə bərbad vəziyyətdə gördüm. Maşının üzərinə naməlum şəxs tərəfindən sulfat turşusu tökülərək tamamilə yandırıb. Maşının təkərləri də turşunun təsirindən aşınıb. Türkan maşına baxaraq dedi ki, hələ bu harasıdır, evinizi də yandıracaqlar".

T.Bağırovanın anası Dilrubə Rüstəmova da başına gələn hadisədən şokda olduğunu söyləyir: "Türkan müəmmalı danışır. Harada qalmasını demir. Polisdən də heç nə öyrənmək mümkün deyil. Qızımın üst-başından hiss olunur ki, ona yaxşı baxıblar. Həyat yoldaşım Türkanın dərdindən öldü. Təhsilini davam etdirmək belə istəmir. Psixoloq gətirmək istəyirik, imtina edir".

Qeyd edək ki, 15 yaşlı T.Bağırova avqustun 4-də Xətai rayonu, Qvardiya küçəsi 44, ev 1D ünvanından çıxıb və bir daha geri qayıtmayıb. T.Bağırova evdən gedəndən sonra başqa mobil telefondan sms yazaraq həmin nömrənin sahibi ilə evli olduğunu deyib. Polis əməkdaşları həmin nömrənin sahibini polisə gətirib dindirsələr də, bir şey alınmayıb. Həmin şəxs sms yazılan nömrənin ona məxsus olduğunu, lakin bir müddət əvvəl itirdiyini deyib.

Sizin Reklam Yeriniz