news Image
2012.09.14
15:20
| A A A
Ördəyə təcavüz etdi
Bu qədərinə də olmaz!

Movqe.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursada "bu qədər də olmaz" dedirdən bir olay baş verib. Bir adam, ördəyə təcavüz ittihamı ilə nəzarətə alınıb.

İddiaya görə Döndü və 77 yaşlı Saleh A. cütlüyünə məxsus ördəyə, cütlüyün kürəkəni 50 yaşlı A. Ç. təcavüz edib. Saleh A.-nın şikayətinə əsasən həbs edilən A. Ç., ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. A. Ç. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Ördəyin sahibi Saleh A., isə hadisəni belə xatırladır: "Kürəkənim dünən gecə bizə gəldi. İçkili idi. Onsuz da həmişə spirt içki istifadə edir. Dünən gecə gələndə eyvandakı yataqda yatdı. Mən "Oğulum burada yatarlarmı?" dedim, amma dinləmədi. Mən aşağı endim. Sonra gedib hindən ördəyi götürüb. Səhər mən gəldiyimdə ördək hərəkət edə bilmiridi. Qana bulaşmışdı. Ona görə şikayətçi oldum".

4 uşaq atası inşaat işçisi A. Ç., jurnalistlərlə görüşmək istəməyib və iddiaları rədd edib. Ona böhtan atıldığını deyir.

Uludağ Universiteti Baytarlıq Fakültəsinə aparılan ördəyin deformasiyaya uğradığı və bağırsaqlarının zərər gördüyü açıqlanıb və ördək əməliyyat olunub. Vəziyyətinin yaxşı olduğu deyilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs