news Image
2012.09.14
16:36
| A A A
Yoldan keçən qadının başını gəmirdi

Movqe.Az xəbər verir ki, Amerika yenə adamye hadisəsiylə üz-üzə qalıb. Riçard Krimino Jr. adlı, hələ hər hansı bir dərmanın ya da narkotikin təsirində olub olmadığı müəyyən olmayan adam, bütün Amerikalıları dəhşətə saldı.

Getdiyi səssiz bir məhəllədə avtomobilində tamamilə soyunaraq çölə atılan Riçard Krimino, ətrafdakı evlərin içinə girərək maddi zərər verub. Daha sonra yoldan keçən bir qadına sataşan təcavüzkar adam, qızın üzərinə atlıb və başını dişləyərək gəmirməyə başlayıb.

Geyimlərini ataraq avtomobildən çıxan Krimino, əvvəlcə dərhal önündəki evə doğru qaçaraq içəri girməyə çalışıb. Lakin girməyə çalışdığı evin sahiblərinin oyaq olmasına görə içəri girə bilməyib.

Daha sonra qaçaraq daha irəlidəki boş bir evə daxil olan psixopat bir müddət ortalıqda görünməyib. Az sonra girdiyi bu boş evin 2-ci mərtəbəsində bir pəncərəni parçalayaraq küçəyə atıb. Nəhayət Krimino məhəllədən geçən bir qadının qarşısına çıxıb və onun üzərinə atılıb. Bundan sonra da qadının başını gəmirməyə başlayıb!

Qadına hücum etdiyi vax onu görən şahidlərin ifadəsinə görə "heyvan kimi səslər çıxaran" Riçard, qurbanın qaçaraq polisi çağırmasıyla tutulub. Polisin verdiyi açıqlamaya görə təqsirləndirilən şəxs bir necə maddə ilə ittiham edilir və hazırda xəstəxanadadır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs