Əlaqə Arxiv
news Image
2012.09.18
16:16
| A A A
Rüşvət alan bələdiyyə sədrinə 4 illik həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri Rəhman İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, R. İsrafilov 4 il müddətinə azadlıqdan məhrum edilib. 
İttihama görə, R. İsrafilov torpaq sahəsinin sənədləşdirilməsi üçün vətəndaşdan 1700 ABŞ dolları məbləğində rüşvət tələb edib. Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 2012-ci il mayın 14-də tələb etdiyi məbləğin qalan 1200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında saxlanılıb.

Sizin Reklam Yeriniz