Əlaqə Arxiv
news Image
2012.09.28
13:50
| A A A
Facebook ilk dəfə dəlil olacaq

Polis sevgilisinin evində ölü tapılan Türkiyə vətəndaşı Çiğdemin cinayət iddiasında yeni üsuldan istifadə olunub. Polis A.G.K. "İntihar etdi, silahlı videoları Facebookda var" deyincə hakim hesabın araşdırılmasını istəyib.

Qazintəpdə yaşayan 20 yaşlı Çiğdem Şahin internetdən polis məmuru AGK ilə dost olub.

İkili görüş təşkil edib. Gənc qız İzmirə gəlib. 2010-cu il noyabrın 29-u silahla başından vurulmuş şəkildə polisin evində tapılıb.

Qız dostunun intihar etdiyini söyləyən şübhəli məmur həbs olunub. AGK-nin iddiasına görə, gənc qız polisin belindəki silahı çəkərək özünü vurub.

Son məhkəmə işində məhbus şübhəli polisin vəkili Muammer Yurdakul belə açıqlama verib: "İki ildir hadisənin cinayət yoxsa intihar olduğu aydınlaşmayıb. Ölən gənc qız ilə əlaqədar araşdırmalar apardıq. Çiğdemin şifrəli olan və yalnız yoldaşları tərəfindən görülə bilən Facebook səhifəsində əlində silahla çəkilmiş maraqlı video görüntüləri olduğunu öyrəndik. Həm də qızın Facebook səhifəsinə intihar məzmunlu yazılar yazdığını gördük".

Məhkəmə heyəti, Çiğdem Şahinə aid Facebook səhifəsinin şifrəsinin qırılmasını və məzmununun araşdırılması üçün Təhlükəsizlik Müdirliyi İnformasiya cinayətlər Müdirliyinə yazı yazaraq məhkəməni başqa bir tarixə salıb.

Sizin Reklam Yeriniz