news Image
2012.10.02
12:00
| A A A
Lənkəranda yük maşını ağaca çırpılıb, ölən və xəsarət alan var
Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəran Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 03.00 radələrində rayonun Osakücə kəndi ərazisində qeydə alınıb. Havzava kənd sakini, 1986-cı il təvəllüdlü Raqib Allahverdi oğlu İmaməliyevin idarə etdiyi dövlət nömrə nişansız, "QAZ 53" markalı yük maşını idarəetmənin itməsi nəticəsində yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbə nəticəsində maşındakı sərnişin, rayonun Osakücə kənd sakini, 1990-cı il təvəllüdlü Şahin Natiq oğlu Sadıqov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin - sürücünün qardaşı, 1995-ci il təvəllüdlü Ramal İmamzadə xəsarət alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı RPŞ-də araşdırma aparılır.