news Image
2012.10.02
19:02
| A A A
Tələbə yataqxanasında teror hadisəsi baş verib
Movqe.az xəbər verir ki, Nigeriyanın şimal-şərqindəki Mubi şəhərində tələbə yataqxanasına girən silahlı təcavüzkar ilkin məlumatlara görə ən az 20 tələbəni öldürüb. "BBC"nin verdiyi məlumata görə 40 dan çox tələbə həlak olub.Tələbə qırğınının Mubi qəsəbəsində bir gün əvvəl Boko Haram təşkilatına edilən geniş diametrli əməliyyatlardan dərhal sonra meydana gəlməsi diqqət çəkib. Adının açıqlanmasını istəməyən repetitor, qırğından əvvəl silahlı şəxslərin tələbələri sıraya düzərək adlarını soruşduqlarını, öldürülən bəzi şagirdlərin müsəlman olduğunu söyləyib. Digər tərəfdən şəhəri tərk etməyə başlayan şagirdlərin avtomobillərinin üzərini Nigeriyada tərəfsizlik mənasına gələn "ağac budaqları" ilə örtdükləri müşahidə edilib.Boko Haram təşkilatı Nigeriyanın şimal və mərkəzi bölgələrində təkcə bu il mindən çox insanı öldürüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs