news Image
2012.10.03
13:34
| A A A
Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalistin işi üzrə qərarını açıqlayıb
Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalist Ramiz Nəcəflinin işi üzrə qərarını açıqlayıb. APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, AİHM iddiaçıya vurulan mənəvi zərərlə əlaqədar ona 10 min avro ödənməsinə qərar verib. Bundan başqa, R. Nəcəfliyə məhkəməyə müraciətlə əlaqədar çəkdiyi xərclərin kompensasiyası qismində 3 min avro ödənməlidir. 

1967-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, "Boz Qurd" qəzetinin redaktoru R. Nəcəfli 2005-ci il oktyabrın 9-da keçirilən nümayişin dağıdılması zamanı zorakılığa məruz qaldığını əsas gətirərək AİHM-ə müraciət edib. Jurnalist Avropa İnsan Haqları Konvensiyasının 3-cü (qeyri-insani rəftar və insan ləyaqətini alçaldan hərəkətlərin qadağan olunması) və 10-cu (söz azadlığı) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu, polisin ona qarşı ifrat güc tətbiq etdiyini və sonradan bununla bağlı aparılan araşdırmanın qeyri-effektiv olduğunu bildirib.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs