news Image
2012.10.03
15:25
| A A A
Tələbə yataqxanasında qətl hadisəsi baş verib
Movqe.Az bildirir ki, Nigeriyada tələbə yataqxanasında təşkil edilən silahlı hücumda ən az 26 adam öldürülüb. Hadisə, ölkənin şimal-şərqindəki Adamava əyaləti yaxınlığında meydana gəlib. Adamava əyalətinin Mubi şəhərindəki Federal Texniki Universitetinin tələbə yataqxanasına təşkil edilən hücumda, aralarında təhlükəsizlik heyətindən iki və yataqxana işçilərindən də bir nəfər olmaqla ən az 26 adam öldürülüb. Hadisəyə şahid olanlardan bir nəfər, təcavüzkarların bir otaqdan digər otağa girərək şagirdləri silahla öldürdüklərini bildirib. Adamava əyaləti əvvəllər də dəfələrlə islami müqavimətçilərin hədəfi olub. Nigeriyada Boko Haram təşkilatı, şübhəli hesab edilir. Təşkilat, ölkədə 2010-cu ildən bəri ən az min adamın ölümündən məsul tutulur. Ancaq polis, hücumun yataqxana içində siyasi bir döyüşdən qaynaqlanmış ola biləcəyi ehtimalını da söyləyir. Təcavüzkarların yataqxananın içindən ola biləcəyinə dair iddialar var.

Şahidlər, silahlı təcavüzkarların qurbanlarını adlarıyla çağırdığını söyləyirlər. Hadisə ilə bağlı istintaq davam edir.