Əlaqə Arxiv
news Image
2012.10.04
13:31
| A A A
Küçənin ortasında “ər” dəhşəti

Movqe.az xəbər verir ki, Türkiyədə evi tərk edən həyat yoldaşını və bir yaxınını silahla yaralayan Əli Eski sonra intihara təşəbbüs edib.

38 yaşlı Əli Eski evindən ayrılaraq bir yaxınının yanında qalmağa başlayan həyat yoldaşı 32 yaşlı Hədiyyə Eski ilə görüşmək üçün Çanaqqalaya gəlib.

Yoldaşıyla yaxınlığdakı körpüdə danışan Əli Ekski aralarında yaranan mübahisə üzündən  tapançayla əvvəl ətrafa atəş açıb. Daha sonra yoldaşına atəş açaraq yaralayan Əli ona mane olmağa çalışan yoldaşının yaxını Gülşen Korkmazı da vurub.

Daha sonra silahla atışmaya başlayan Əliyni hadisə yerinə gələn polis qrupları sakitləşdirməyə çalışıb. Polislərin cəhdlərinə cavab verməyən Əli silahı başına çəkib.

Ağır yaralanan Əli, həyat yoldaşı Hədiyyə Eski və yaxını Gülşen Korkmaz Çanaqqala Dövlət Xəstəxanasında əməliyyata alınıb​​lar. 

Sizin Reklam Yeriniz