news Image
2012.10.11
11:29
| A A A
Öküz döyüşlərində 19 nəfər xəsarət alıb

Movqe.az xəbər verir ki,Kolumbiyanın Sabanalarga şəhərində keçirilən ənənəvi  öküz döyüşlərində 19 nəfər xəsarət alıb, yaralılardan  ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Kolumbiyada  korralexa  adlanan  öküz döyüşləri 1920-ci ildən bəri oktyabr ayının əvvəlində təşkil edilir. Hesablamalara görə hər il ən azı 20 nəfər bu oyunların qurbanına çevrilir.Bu səbəbdən son  vaxtlar bu cür döyüşlərin keçirilməsinə garşı çıxanların sayı artıb.

Əksəriyyət öküz  döyüşlərini  qəddar praktika adlandıraraq  onların dayandırılmasını  tələb edirlər. Koralexanın tərəfdarları isə bu qədim ənənənin əksinə qoruyub  nəsildən-nəsilə ötürülməsini istəyir. Korolexa həvəskarları  sadəcə  hesab edirlər ki, yalnız ədalətli qaydaların tədbiqinə ehtiyac var. Bu cür şənliklərə tamaşa etmək üçün dünyanın dörd bir tərəfindən Kolumbiyaya minlərlə  turist gəlir. Korralexa  oyunun sonunda öküzü öldürmək qadağan edilir. 

İspan  korridasından fərqli olaraq bu oyunda  xüsusi qaydalar mövcud deyil. Xatırladaq ki, korridanın vətəni İspaniyada da onun tərəfdarları ilə əleyhdarları arasında qızğın mübahisələr gedir. Ötən ilin avqustunda ölkə parlamenti korridanı sənət növü və mədəni hal kimi qiymətləndirib. Eyni zamanda, öküz döyüşləri  İspaniyanın iki muxtar ərazisində - Kanar adalarında və Kataloniyada qadağan edilib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs