Əlaqə Arxiv
news Image
2012.10.11
14:22
| A A A
5 saat öncə aldığı avtomobili ilə qəzaya düşüb öldü
Gecə saatlarında Xaçmaz-Quba yolunun 7-ci km-də, Xaçmazın Yergüc kəndi ərazisində 1 nəfərin ölümü ilə nəticələnən avtoqəza baş verib. Xaçmaz-Quba yolunun 7-ci km-liyində, Xaçmazın Yergüc kəndi ərazisində avtomobilin yoldan çıxaraq ağaca çırpılması 1 nəfərin ölümünə səbəb olub. 32 yaşlı Quba rayonu, Barlı kənd sakini Saleh Qərib oğlu Babayevin idarə etdiyi 38 BA 805 qeydiyyat nişanlı "VAZ 21011" markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən yolun kənarındakı ağaclara çırpılıb.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat nəticəsində Saleh Babayevin idarə etdiyi avtomobilin kimə məxsus olması müəyyənləşib. O, avtomobili ötən gün saat 19:00 radələrində Qusar rayonun Kuzun Qışlaq kənd sakini 32 yaşlı Elşən Balayevdən alıb. Bundan sonra yeni maşın almasını dostları ilə qeyd edən Saleh yeni avtomobil almasından 5 saat sonra qəzaya düşərək dünyasını dəyişib.
Sizin Reklam Yeriniz