Əlaqə Arxiv
news Image
2012.10.12
11:52
| A A A
ABŞ məhkəməsi Azərbaycan vətəndaşı haqqında həbs qərarını qüvvədə saxlayıb

"Arc Electronics" şirkəti tərəfindən Rusiyaya qeyri-qanuni olaraq texnologiya ixrac edilməsi işi ilə bağlı həbs edilmiş Azərbaycan vətəndaşı Sevinc Tağıyeva haqqında həbs-qətimkan tədbiri Hyuston məhkəməsinin qərarı ilə qüvvədə saxlanılıb.


APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hakim Corc Henks qərarını belə izah edib ki, S. Tağıyevanın ədalət mühakiməsindən yayınma ehtimalı çox yüksəkdir, çünki onun ailəsi – oğlu, anası və qardaşı Bakıda yaşayırlar, "Acr Electronics" şirkətinin açdırdığı işçi vizası isə şirkət aktivlərinə həbs qoyulması səbəbiylə qüvvədən düşüb. 


S. Tağıyeva 2009-cu ildə tələbə vizası ilə ABŞ-a gedib və Texas Universitetində təhsil alır. Oktyabrın 3-də ABŞ Federal Təhqiqatlar Bürosu (FBİ) Rusiyaya qeyri-qanuni olaraq yüksək texnologiyalar ixracında şübhəli bilinən 11 nəfərdən 8-nin, o cümlədən Sevinc Tağıyevanın həbs edildiyini açıqlayıb. Nyu-Yorkun Bruklin dairəsinin prokurorluğu bu şəxslərə rəsmi ittiham irəli sürüb.

Sizin Reklam Yeriniz