Əlaqə Arxiv
news Image
2015.10.02
15:59
| A A A
Şəmkir sakini Bakıda intihara cəhd edib

Şəmkir rayon sakini bu dəqiqələrdə paytaxtda intihara cəhd edir. Movqe.az-ın hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, Bakı şəhər Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 32B ünvanında yerləşən 9 mərtəbəli binanın damına çıxan təxminən 45-50 yaşlı kişi intihar etmək istəyir. Vətəndaşlardan aldığımız məlumata görə, intihar edən şəxs Şəkmir rayonunun Muxtariyyət kəndində anadan olmuş Ələsgərli Tamerlan Rövşən oğludur. O, maddi durumunun ağır olduğuna görə, intihar etmək istədiyini bildirir. Hazırda hadisə yerinə Nərimanov Rayon 16-cı polis bölməsinin əməkdaşları gəlib.



Sizin Reklam Yeriniz