Əlaqə Arxiv
news Image
2015.10.04
00:00
| A A A
Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub
Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub.

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 2-də saat 06 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Moskviç 412" markalı avtomobil şübhə doğurduğundan saxlanılıb və sürücü, Bakı şəhər sakini Ruslan Kərimov, sərnişinləri Vasiliy Maslakov, Rövşən Gülümcanov, Qəbələ rayon sakini Emil Bəkirov və Qazax rayon sakini Elçin Quliyev 10-cu Polis Bölməsinə gətiriliblər. Araşdırmalar zamanı onların qeyd edilən avtomobili həmin gün Yasamal rayonu B. Səfəroğlu küçəsindən qaçırmaları müəyyən edilib.


Sizin Reklam Yeriniz