Əlaqə Arxiv
news Image
2015.10.07
12:47
| A A A
Həbsxanada üsyan çıxıb-VİDEO

Brazilya həbsxanalarının birində üsyan çıxıb. Məhkumlar bir-birlərini əsir alıb.

Movqe.az-ın məlumatına görə, məhkumlar üsyan çıxarmaqla, şəhər həbsxanasını ələ keçiriblər. Dama çıxan məhkumlar ən az 10 məhkumu əsir alıblar.

Məhkumlar əsirlərin əl və ayaqlarından bağlayıb, döyüb, damdan atmaqla təhdid ediblər..

Məhkumlar həbsxananın bir qismini yandırıb, bölgəyə xilasetmə qüvvələri sövq edilib.

Üsyanın hansı səbəbdən çıxdığına dair hələ dəqiq məlumat yoxdur. Sadəcə əsir alınanların cinsi zorakılıq cinayətləri səbəbi ilə məhkum olduqları bildirilib. Qeyd edək ki, 928 nəfərlik həbsxanada 1140 məhkum qalır.

Sizin Reklam Yeriniz