Əlaqə Arxiv
news Image
2015.10.20
18:22
| A A A
Rusiyada 4 nəfəri öldürməkdə şübhəli bilinən biznesmen axtarışa verilib

Moskva vilayətinin Krasnoqorsk rayonunda 4 nəfərin ölümündə təqsirli bilinən biznesmen Amiran Georqadzeyə qarşı cinayət işi açılıb.

Movqe.az-ın Rusiya İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, onun barəsində axtarış elan edilib.

Həmin şəxsə məxsus "Range Rover" markalı avtomobilindən silahla dolu çanta aşkarlanıb. Çantadan "Kalaşnikov" avtomatı və tapança güllələri, əl qandalları, travmatik tapançalar və səsboğucugötürülüb.

Avtomobillə polisə şəxsən təslim olan A. Georqadzenin sürücüsü Şota Elizbaraşvilinin istintaqa ifadəsinə əsasən ehtimal edilir ki, 19 oktyabr tarixində tikinti işi ilə məşğul olan A. Georqadze Krasnoqorsk rayonu rəhbərinin birinci müavini Yuri Karaulov və "Krasnoqorsk elektrik şəbəkəsi"nin rəhbəri Georgi Kotlyarenkonu güllələyib. Cinayət Y. Karaulovun kabinetində baş verib. Hadisədən dərhal sonra A. Georqadze "Range Rover" markalı avtomobillə oradan uzaqlaşıb. Onlar biznesmenə borcu olan ortağı Trestan Zakaidze ilə görüş üçün Pozdnyakovo kəndinə gediblər. Sonra həmin şəxsin meyiti evdə aşkar edilib. Ardınca təsadüfən yoldan keçən şəxs də ölü tapılıb.

Sürücü hələlik cinayət işində şahid qismində iştirak edir. O, biznesmenin yanında yoldan təsadüfən keçən şəxsin ölüm anına qədər olub. Sonra hadisə yerindən "Range Rover"lə uzaqlaşıb və könüllü sürətdə hüquq-mühafizə orqanlarına təslim olub.

Qəsdən adam öldürmə və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi açılıb. A. Georqadze ilə bağlı axtarış elan edilib.


Sizin Reklam Yeriniz