Əlaqə Arxiv
news Image
2015.10.25
19:00
| A A A
Şəmkirdə iki uşaq anasını elektrik cərəyanı vurub

Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Movqe.az Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, kənd sakini 27 yaşlı Jalə Bayramova vanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub.

Bayramova hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhumun iki azyaşlı övladı var.



Sizin Reklam Yeriniz