Əlaqə Arxiv
news Image
2015.10.30
13:52
| A A A
Klinki Tibbi Mərkəz: Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində yaralananların vəziyyəti normaldır

Bakıda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 29-da rayonun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu və Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə Q.Ağalarov və 7 sərnişini xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda yaralıların vəziyyəti qənaətbəxş hesab olunur və onların sağlıq durumları ilə bağlı ciddi problemləri yoxdur.


Sizin Reklam Yeriniz