Əlaqə Arxiv
news Image
2012.04.16
12:29
| A A A
Norveçli qatil məhkəmədə
Mövqe.az xəbər verir ki, Norveçdə 22 iyul 2011-ci il tarixində  təşkil etdiyi iki ayrı terror aktında  77 adamı öldürən Anders Behring Breivikin iddiasına bu gün baxılıb. Məhkəmə  Breiviki 77 adamın ölümünə səbəb olmaq və 40 adamı yaralamaq səbəbindən təqsirləndirib. Norveçli terrorist 21 ilə qədər həbsə məhkum olacaq.Lakin məhkəmə lazım bilsə  Breivikin ömür boyu həbsdə qalmasına hökm verəcək.
Paytaxt Osloda bu gün baş tutacaq  ilk iclası  1000-ə yaxın jurnalist izləyə biləcək.
Hadisə günü Ütoya adasında olan iki uşağından  birini Breivikin gülləsinə qurban verən Norveçli Linaker ailəsi  məhkəmənin bir "media sirki" nə çevrilməsindən narahatdır. 23 yaşındakı oğlunu itirən ana  Linaker olduqca mətanətli görünür: "Həyatında çox  səhvlər  etsə də  nəticədə  o da bir insandır və məhkəmədə bir insan kimi rəftar görməsinə  əhəmiyyət verirəm."
Xatırladaq ki, Avropada İslama qarşı döyüş çağırışında olan "Norveçli qatil" Breivik  hücumları özünün təşkil etdiyini etiraf edib, ancaq bunun bir cinayət olmadığını söyləyib. Breivik  22 İyul günü əvvəl Osloda təşkil etdiyi bombalı hücumda səkkiz adamı öldürüb; sonra isə Ütoya adasında iqtidaryönlü  İşçi Partiyasının gənclik düşərgəsini basaraq 69 adamı qətl edib.

Əfqanə Məzahirqızı

Sizin Reklam Yeriniz