news Image
2015.11.01
13:00
| A A A
Misirdə təyyarə qəzasında ölənlərdən dördü Ukrayna vətəndaşıdır

Misirdə Rusiyaya məxsus "Airbus 321" təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərdən dördü Ukrayna vətəndaşıdır. Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın XİN rəhbəri Pavel Klimkin bildirib.

"İnsanların ölümü ağırdır. Həmvətənlərin ölümü ikiqat ağırdır. Təyyarədə 4 Ukrayna vətəndaşı olub. Bunlar V.Saçuk, L.Movçanov, İ.Usatova və K.Usatovdur", deyə o bildirib.

Bundan əvvəl ölənlər arasında 3 Ukrayna vətəndaşı olduğu bildirilmişdi.