Əlaqə Arxiv
news Image
2012.10.22
19:48
| A A A
Qızı heyvan zənn edərək öldürüb

Movqe.azxəbər verir ki, ABŞ -ın Pensilvaniya ştatında Halloven Bayramı şənliyinə skuns kostyumuyla qatılan 9 yaşlı qız həqiqi heyvan zənn edilərək öldürülüb. Polis Ronald Leindekerin verdiyi məlumata görə, qızı görən qohumu qızı  həqiqi bir skuns zənn edərək ov tüfəngi ilə çiyinindən vurub. Polis qızın üzərində qara bir kostyum, şapka və ağ püskül olduğunu, vurulduğunda bir təpənin üstündə dayandığını bildirib. Polis, qızı vuran şəxsin alkoqollu olmadığını açıqlayıb. Leindeker qızın Ptsburqdakı xəstəxanaya aparıldığını, şüurunun yerində olduğunu və danışa bildiyini qeyd edib.

Sizin Reklam Yeriniz