news Image
2012.10.22
15:01
| A A A
15 il sonra yatağında skeleti tapıldı

Movqe.az xəbər verir ki, Fransada Lill şəhərinə yaxın bir kənddəki evdə 15 il əvvəl ölən adamın skeleti tapılıb. Qohumu olmadığı deyilən adamın yatağında həyatını dəyişdiyi, cəsədinin o gündən bəri eyni yerdə qaldığı bildirilib.

Fransız polisi şəxsiyyətini təsbit edə bilmədikləri adamın tək yaşadığını və qohumu olmadığı üçün evinə o gündən bəri kimsənin gəlmədiyini açıqlayıb.

Evin sahibi olduğu düşünülən adamın skeletinin yanında 1996-ci ilə aid açılmamış zərflər və qutular tapılıb.