news Image
2012.11.07
16:59
| A A A
Baş Qərargah rəisi həbs olundu
Movqe.Az xəbər verir ki, Gürcüstanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının rəisi Georgiy Kalandadze həbs olunub. Bu barədə ictimaiyyətə "Qruziya Onlayn" saytı məlumat yayıb. Verilən məlumata görə, Georgiy Kalandadze dünən axşam paytaxt Tiflis şəhərində təhlükəsizlik orqanının əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının rəisindən əlavə Gürcüstan ordusunun 4-cü briqada komandiri Zurab Şamatava da tutulub. "Rustavi-2" kanalının məlumatına əsasən, qərargah rəisi Georgiy Kalandadze axşam Müdafiə Nazirliyinə çağrılarkən binanın qarşısında həbs edilib.
Məlumat üçün bildirək ki, Baş Qərargah rəisi və 4-cü briqada komandirinin həbs qərarını ölkənin yeni ədliyyə naziri Tei Tsulukiani və baş prokuror Arçil Kbilaşvili verib.