Əlaqə Arxiv
news Image
2012.11.08
16:15
| A A A
15 il sonra azad edildi

Movqe.az xəbər verir ki, Tokio məhkəməsi 2000-ci ildə 39 yaşlı bir qadını öldürməkdən təqsirləndirilən, ömürlük həbsə məhkum edilən və cəzasının 15 ilini çəkən Qovinda Prasad Mainalinın günahsız olduğuna qərar verib. 1997-ci ildə bir qadının boğazını sıxaraq öldürdüyü üçün həbs olunan Mainali 2005-ci ildə cinayəti işləmədiyi səbəbiylə appelyasiya məhkəməsinə müraciət edib. Açılan iddiada məhkumun DNT və sperma nümunələrinin yenidən araşdırılması tələb edilib. Mainalidən alınan nümunələrin, qurbanın üzərində tapılanlarla uyğunlaşmadığını təsbit edən məhkəmə 15 il həbs yatan məhkumun günahsız olduğuna qərar verib.

Sizin Reklam Yeriniz