Əlaqə Arxiv
news Image
2012.11.08
19:45
| A A A
Bakıda Avropa İttifaqı rəsmilərinin kompüterləri "hək olunub"

Avropa Komissiyasının iki rəsmisi deyib ki, Bakıda İnternet İdarəçiliyi Forumunda iştirak edərkən onların ləptopları hək olunub.

Komissiyanın hazırda Bakıda olan rəsmisi Ryan Heath BBC Azərbaycan xidmətinə deyib ki, o və Avropa Komissiyası vitse-prezidentinin yüksək rütbəli köməkçisi bu səhər oteldə ikən, digər bir kompüterdən onların şəxsi kompüterlərinə girilib.

"Biz kompüterimizdən hər hansı məlumatın oğurlandığını müəyyən etməmişik və bu, (kompüterin işinin) pozulması yox, kəşfiyyat aktı idi", - cənab Heath deyib.

O ləptopların hək olunmasına kimin məsuliyyət daşımasının aydın olmadığını deyib. "Ancaq bu, Azərbaycanda azadlıqla bağlı müşahidə etdiyimiz bəzi davranışlara uyğun gəlir".

Cənab Heath "azadlıq və açıqlıq haqda olan konfrans zamanı" insanların kompüterlərinə daxil olmağın qəbuledilməz olduğunu deyib.

Sizin Reklam Yeriniz