Əlaqə Arxiv
news Image
2012.11.12
12:30
| A A A
Ər arvadını amansızcasına qətlə yetirdi
Sumqayıt şəhərində ailə faciəsi baş verib. Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, 40 yaşlı Rövşən Məmmədov arvadı, 37 yaşlı Nigar Məmmədovanı çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Ailə münaqişə zəminində baş verən hadisədə ər arvadına 10-a yaxın bıçaq vurub. Rövşən Məmmədov arvadının qan içində olan meyidini evdə qoyaraq qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci cinayət məcəlləsilə işi başlanıb, istintaq gedir.
Sizin Reklam Yeriniz