news Image
2012.11.12
12:38
| A A A
Sevdiyi qızı döyərək videoya çəkən gənc tutuldu

Bir müddət əvvəl Bakıda sevdiyi qızı döyərək saçlarını kəsən və bu hadisəni video lentə alaraq sosial şəbəkələrdə paylaşan Naxçıvan sakini həbs edilib.

Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, hadisənin əsas iştirakçısı Cahangir Dövlətov həmin video yayılan zaman saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. Lakin C. Dövlətov istintaqa vaxtında gəlib-getmədiyi üçün onun barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C. Dövlətovun gizləndiyi yer müəyyənləşib və o noyabrın 11-də tutulub. C. Dövlətovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl C. Dövlətov sevdiyi qızın (K.M) mobil telefonuna zəng edib. Qız isə onun telefon zənginə gec cavab verib. Bundan əsəbiləşən Cahangir Bakıya gələrək, qıza yenidən zəng edib və görüşə çağırıb. C. Dövlətov xalası oğlu Xalid Əkbərovla birlikdə tanışı Ayxan Zəngiyevin maşını ilə qızı görüş təyin etdiyi yerdən götürərək, Novxanıya dəniz kənarına gətirib. Burda K.M-nı döyərək, ona işgəncələr verib. Bununla da hirsi soyumayan C. Dövlətov qızın başını qırxıb. Bundan sonra onlar qızı dənizdə batırmaq istəyiblər.

Fakt üzrə Cinayət Məcəlləsinin 133 (işgəncə vermə) və 134 (ölümlə hədələmə) maddələri ilə iş başlanıb.