Əlaqə Arxiv
news Image
2012.11.14
16:42
| A A A
Əvəz Zeynallının məhkəmə prosesi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə hakim bildirib ki, səhhətləri ilə əlaqədar Gülər Əhmədova və Aydın Heydərovun prosesə gəlmələri mümkün deyil. Hakim deyib ki, məhkəmə son qərarını verərkən buna qiymət verəcək. Daha sonra Ə. Zeynallı dövlət ittihamçısına və hakimlərə etirazla bağlı ayrı-ayrılıqda vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib.
Növbəti məhkəmə prosesi noyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Sizin Reklam Yeriniz