Əlaqə Arxiv
news Image
2012.11.15
13:36
| A A A
Azərbaycanda ana və qızı dəm qazından boğularaq ölüb

Azərbaycanda dəm qazı ailə faciəsinə səbəb olub.

Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Əhməd Cavad küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 25 yaşlı Xanım Məmmədova və onun azyaşlı qızı Firuzə Məmmədova yaşadıqları evin vanna otağında dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır. 

Sizin Reklam Yeriniz