Əlaqə Arxiv
news Image
2012.11.19
15:36
| A A A
Qanunsuz totalizator fəaliyyəti göstərən 4 obyekt aşkar edilib

Vergilər Nazirliyi analitik informasiya şöbəsindən bildirilir ki, Vergilər Nazirliyi yanında vergi Auditi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Yasamal, Xətai, Nəsimi və Səbail rayonları ərazisində vergi nəzarəti tədbirləri keçirilərkən 4 obyektdə qanunsuz totalizator oyunlarının keçirildiyi aşkar olunub. Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 43 ünvanda yerləşən, Şərifov Rafiq Cəbrayıl oğluna (VÖEN 1401995792) məxsus, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3/20 ünvanda yerləşən, Şıxəliyev Pənah Sultanağa oğluna (VÖEN 6300184752) məxsus, Nəsimi rayonu, Cavadxan küçəsi, 17 ünvanda yerləşən, Qurbanov Zaur Hasil oğluna (VÖEN 5300192252) məxsus, Səbail rayonu, Xəqani küçəsi, 31 ünvanda yerləşən "Alsefay" məhdud məsuliyyətli cəmiyyətinə məxsus (VÖEN 1701340891) obyektlərdən qanunsuz fəaliyyəti təsdiq edən kompüter dəstləri, noutbuklar, televizorlar, faks və printer aparatları, modemlər, "qara mühasibatlıq" sənədləri, mərc oyununda ödəniş etmək üçün qəbz formaları və kuponlar, oyun kartları və s. dəlillər vergi əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparılaraq götürülüb. Keçirilən tədbir zamanı həmin obyektlərdə nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl edilmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb.

Sizin Reklam Yeriniz