Əlaqə Arxiv
news Image
2012.11.21
11:32
| A A A
Azərbaycanda biznesmen borca görə intihar edib

Bakıda intihar hadisəsi baş verib.

Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə rayonun Bəhruz Nuriyev küçəsi ev 10, mənzil 40 ünvanında qeydə alınıb. Orada yaşayan, Ucar rayon sakini, 1956-cı il təvəllüdlü Ehsan Aydın oğlu Məmmədov özünü asıb.

Polisdən həmçinin bildirilib ki, mərhum bizneslə məşğul olub. Son vaxtlar külli miqdarda borcu olan E. Məmmədovun çıxılmaz vəziyyətdə qalaraq özünü öldürdüyü ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.     

Sizin Reklam Yeriniz