news Image
2012.04.19
13:26
| A A A
Orduda yeni bir skandal

Əfqanıstandakı Amerikan əsgərlərinin əfqan cəsədləri ilə çəkdirdikləri yeni fotoşəkillər nümayiş olunub.

Pentaqonun etirazlarına baxmayaraq, "Los Angeles Times"ın nümayiş etdiyi fotoşəkillərdən birində, 82-ci Hava Endirmə Diviziyasındakı ABŞ əsgərləri əfqan polisiylə birlikdə bir xadimin qopmuş qıçlarının qarşısında verdikləri poza görünüb.

Qəzet, şəkildə görünən əsgərlərin bu hadisədən bir neçə ay sonra əllərindəki bombanın partlaması nəticəsində öldüyü bildirilən 3 xadimin cəsədlərinin qalıqlarını araşdırmaq üçün hadisə yerinə getdiklərini və bu cəsəd qalıqlarının qarşısında poza verdiklərini yazıb.

ABŞ Müdafiə Nazirliyi hadisədə olan ABŞ əsgərlərini qınayıb.

Şərhdə Amerikan əsgərləri üçün ''çirkin'' ifadəsini işlədən rəsmilər, əsgərlərin Əfqanıstandakı döyüşə qatılan yüz minlərlə Amerikalının etdiyi fədakarlığı ləkələdiklərini ifadə edib.

Der Spigel də Kandahardakı "US Strayker" tank birliyindən Amerika əsgərlərinin öldürdükləri cəsədlər qarşısında çəkdirdikləri 3 fotoşəkili nümayiş etdirib.


Ziba Yusifova


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs