Əlaqə Arxiv
news Image
2016.05.05
13:38
| A A A
Mənzildən qızıl oğurlandı - 50 min manatlıq

Azərbaycanda mənzildən külli miqdarda qızıl oğurlanıb. Samux Rayon Polis İdarəsindən bildirilib ki, rayon sakini İlahə Məmmədova yaşadığı Qarayeri qəsəbəsindəki evindən 50 min manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat verib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Seymur Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz