Əlaqə Arxiv
news Image
2016.05.05
15:10
| A A A
Bakıda qızını zorlayan ataya ƏN AĞIR cəza tələbi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində öz doğma qızını zorlamaqda təqsirli bilinən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Rəşad Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən qapalı iclasda məhkəmə istintaqı yekunlaşıb. Çıxış üçün dövlət ittihamçısına söz verilib. Prokuror çıxışında Rəşad Kazımov barəsində verilən ittiham üzrə ən ağır cəza olaraq 15 il müddətində azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmə prosesi mayın 12-də davam edəcək. Qeyd edək ki, hadisə Binəqədi rayonunda baş verib. Rayon sakini Rəşad Kazımovun həyat yoldaşı qəsəbədə olan çörək sexlərinin birində çalışırmış. O, işə gedən zaman Rəşad Kazımov öz azyaşlı qızı 10 yaşlı Gülnara (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib. Bu hadisə illərlə (qızın 3 yaşından bəri) davam edib. Bir gün R. Kazımovun yoldaşı bundan xəbər tutub və hüquq-mühafizə orqanlarına məlumat verib. Polis əməkdaşları Rəşad Kazımovu saxlayıb. Ona Cinayət Məcəlləsinin 150.3.3. (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.


Onu da qeyd edək ki, Rəşad Kazımova verilən ittiham üzrə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulub.

Sizin Reklam Yeriniz