Əlaqə Arxiv
news Image
2016.05.06
09:52
| A A A
Türkiyə Silahlı Qüvvələri avqust ayından 1172 İŞİD üzvünü məhv edib

Türkiyə Silahlı Qüvvələri avqust ayından bu günə kimi "İslam dövləti" terror qruplaşmasının (İŞİD) 1172 üzvünü məhv etdiyini bildirib.


Movqe.az-ın Haber 7 qəzetinə istinadən verdiyi məlumata əsasən, ümumilikdə türk ordusu İŞİD-in 2144 mövqeyinə zərbələr endirib.


Ölən 1172 terrorçudan 807-si Suriyada zərbələr zamanı, 365-i isə İraqın şimalında məhv edilib.


Dünən Türkiyə Silahlı Qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 20 terrorçu məhv edilib. Zərbələr Türkiyənin Kilis vilayətinin hücuma məruz qalmasından sonra cavab olaraq endirilib.

Sizin Reklam Yeriniz