news Image
2016.05.09
20:00
| A A A
Nardaranda ağır yol qəzası: 1 ölü, 6 yaralı

Bakıda ağır yol qəzası baş verib.


Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 8-də saat 23 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Maştağa qəsəbə sakinləri Rəşad Əsgərovun idarə etdiyi "Daewoo" və Əlisəttar Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü və Ə.Mirzəyevin 3 sərnişini, habelə R.Əsgərovun 1 sərnişini Sahib İsmayılov xəstəxanaya yerləşdirilib, onlardan Ağamehdi Mirzəyev orada ölüb.


Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs