news Image
2016.05.11
13:15
| A A A
Prokuror Cavid Hüseynova 4 il cəza istədi

Bu gün Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Movqe.az-ın trend-ə istinadən məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda şahid qismində ifadə verən Aydın Mahmudov Cavid Hüseynovun xəstəxanada Rasim Əliyevlə görüşü barədə danışıb və C.Hüseynovun hadisədən xəbərsiz olduğunu bildirib.

Prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib.


Dövlət ittihamçısı C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi mayın 16-da davam etdiriləcək.


Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.

Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində

bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.


Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs